Fransa millisinin və "Nitsa"nın müdafiəçisi Jan-Klar Todibo İsraildəki münaqişə qurbanlarının və Arrasda öldürülən müəllimin xatirəsinin bir dəqiqəlik sükutla yad edilərkən güldüyünə görə üzr istəyib.
32gun.az bildirir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
O, vəziyyətə görə deyil, yanında əyləşən holland azarkeşlərin zarafatlarına görə “əsəblə güldüyünü” deyib:
"Mən belə şeylərə gəldikdə hörmətsiz olan bir oğlan olduğumu düşünmürəm. Mən əsəbi şəkildə güldüm, amma heç bir halda vəziyyətə lağ etmədim".
"L'Equipe" xəbər verir ki, Fransa Futbol Federasiyasının etika şurası Todibodan izahat tələb edib, əks halda onun işi nizam-intizam komitəsinə veriləcək.
Xatırladaq ki, Oktyabrın 13-də fransızlar Avropa çempionatının seçmə mərhələsində hollandları 2:1 hesabı ilə məğlub ediblər.
Ayxan