"Körpü Tunel Tikinti" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib.
32gun.az-ın məıumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrədir.
Əldə etdiyimiz məlumata görə, "Körpü Tunel Tikinti" MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Şirkətin borcu 10294283.27 AZN-dir.
Bildirək ki, nizamnamə kapitalı 7179107 AZN olan MMC-nin qanuni təmsilçisi hazırda MUGUM MIRZAEVIdir.
Xatırladaq ki, Ötən il şirkət əməkdaşı olmuş şəxs tərəfindən məhkəməyə verilmişdi. Həmin vaxt şirkətin qanuni təmsilçisi şirkətin qanuni təmsilcisi Javad Talıbov olub.
Ayxan