İDMAN ÖZ XƏBƏR

Medvedevin Madriddə tibbi yardıma ehtiyacı olub

ABŞ Açıq 2021 çempionu, Peşəkar Tennis Assosiasiyası (ATP) reytinqində dördüncü yeri tutan rusiyalı tennisçi Daniil Medvedev Masters seriyalı turnirinin 1/4 finalında  Çexiya təmsilçisi Jiri Legeçka ilə görüşün ilk setində tibbi taym-out edib .
32gun.az bildirir ki, bu barədə Championship.com məlumat yayıb .

İlk setdə hesab 3:2 olarkən Medvedev korta fizioterapevti çağırıb. Ehtimallara görə, rusiyalı tennisçini qasıq nahiyəsindəki diskomfort narahat edib. Müayinədən sonra Medvedevi tribunaların altındakı otağa aparıblar, lakin o, tezliklə geri qayıdıb və oyun davam edib.

Mayın 30-da turnirin 1/8 finalında Medvedev Qazaxıstan təmsilçisi Aleksandr Bublik üzərində qələbə qazanıb . 1 saat 44 dəqiqə davam edən görüş iki setdə 7:6 (7:3), 6:4 hesabı ilə başa çatıb. Medvedev Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinqində dördüncü yerdədir.

Martın 6-da Beynəlxalq Tennis Federasiyası (ITF) Rusiya və Belarus tennisçilərinin 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarında neytral statusda iştirakına icazə verilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Rusiya və Belaruslular əvvəllər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tərtib etdiyi neytral idmançı prinsiplərinə əməl etsələr, 2024-cü il Olimpiadasında yarışa biləcəklər.
Ayxan 

Oxşar Xəbərlər