İDMAN ÖZ XƏBƏR

Stankoviçin “Spartak”dakı məşqçilər korpusuna kimin qoşulacağı məlum olub

Serbiyalı mütəxəssis Deyan Stankoviçin rəhbərlik etdiyi Moskva “Spartak”ının məşqçilər korpusunda beş mütəxəssis yer alıb. Bu barədə "qırmızı-ağlar"ın mətbuat xidməti klubun rəsmi saytında məlumat yayıb.

Yeni mövsümdə serbiyalı köməkçi Nenad Sakiç, italiyalı fiziki hazırlıq üzrə məşqçi Federiko Pannonçini, analitik Vinçenzo Sasso, qapıçılar üzrə məşqçi Pyerluici Brivio, eləcə də hazırda “qırmızı-ağların” baş məşqçisi vəzifəsini icra edən bosniyalı Vladimir Sliskoviç çalışacaq.

Bu həftə "Spartak" Rusiya kubokunda çıxışını "Bölgələr yolu"nun finalında Kalininqrad "Baltika"sına uduzaraq tamamladı. Mayın 14-də Kalininqrad “Rostec Arena ” stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol dördüncü dəqiqədə vuruldu - 24 yaşlı kolumbiyalı Kevin Andrade belaruslu hücumçu Vitali Lisakoviçin ötürməsindən fərqlənib.

Rusiya Premyer Liqasının (RPL) turnir cədvəlində "Spartak" 46 xalla 5-ci yerdədir.

Ayxan 

Oxşar Xəbərlər