İDMAN ÖZ XƏBƏR

Karpinə Rusiya millisində və xarici klubda işləmək qadağan edilib

Rusiya Futbol İttifaqının (RFU) prezidenti Aleksandr Dyukov bildirib ki, yığmanın baş məşqçisi Valeri Karpinin yeni müqaviləsində milli komanda ilə əcnəbi klubda işləmək qadağası yer alacaq. 
32gun.az xəbər verir ki, onun açıqlamasını  RİA Novosti yayıb. 

“Bu variant mümkündür, ancaq Rusiya klubları üçün. Əgər o, xarici klubun məşqçisidirsə, bu, mümkün deyil”, - Dyukov bildirib.

2021-ci ilin iyulunda "Rostov"un baş məşqçisi olan Karpin Rusiya millisinə rəhbərlik edib. Əvvəlcə o, millidə və klubda işləri birləşdirməyi planlaşdırırdı, lakin avqustun əvvəlində bütün diqqətini milli komandaya yönəltmək qərarına gəldiyini açıqladı və bundan sonra Rostovdan ayrıldı. Rusiya milli komandası dayandırıldıqdan sonra o, yenidən iki vəzifəni birləşdirməyə başladı.

Karpinin rəhbərliyi altında "Rostov" 2023/24 mövsümündə Rusiya Premyer Liqasının turnir cədvəlində yeddinci yeri tutub.

İyunun 7-də Valeri Karpinin komandası Belarus millisi ilə yoldaşlıq oyunu keçirəcək . Oyun Minskdə baş  tutacaq .

Ayxan 

Oxşar Xəbərlər