KRİMİNAL ÖZ XƏBƏR

Həyat yoldaşını binadan ataraq öldürən Hüseynə "azadlıq" istəyən kimdir? (Şok GÖRÜNTÜLƏR)

Bir neçə gün öncə həyat yoldaşı 2002-ci il təvəllüdlü arvadı Ayşən Kazımovanı binadan atan  2002-ci təvəllüdlü Hüseyn Kazımovla bağlı sosial şəbəkədə edilən paylaşım insanlarda ikrah hissi oyadıb.

32gun.az xəbər verir ki, "tiktok" platformasında "Hüseynə azadlıq" başlıqlı paylaşımlar edilir və onun keçmiş görüntüləri paylaşılır.

Paylaşımın "Naz" adlı bir sosial şəbəkə istifadəçisi tərəfindən edildiyi bildirilir.

Həmin paylaşımlardan bəzi görüntüləri təqdim edirik:

Qeyd edək ki, bir neçə gün öncə 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib. Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, lakin, dünyasını dəyişib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Nilay

Oxşar Xəbərlər