HADİSƏ

Bakıda dəhşətli qəzada ölən şəxs Qarabağ qazisi imiş (YENİLƏNİB+ FOTO)

Xəbər  verdiyimiz kimi, Bakıda bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən qəza hadisəsi baş verib. 

32gun.az-ın əldə  etdiyi məlumata görə,  hadisə yerində dünyasını dəyişən Şöhrət Quliyev I Qarabağ Müharibəsinin qazisi olub. 

Digər məlumata görə, hazırda xəstəxanada olan digər avtomobilin sürcüsü M.Zülfəliyev də koma vəziyyətindədir. 

Nilufər

****13:20

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.

Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə fevralın 10-u saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakinləri - M.Zülfəliyevin idarə etdiyi “Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Quliyev orada ölüb, digər sürücünün vəziyyəti orta-ağırdır.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar Xəbərlər