İDMAN ÖZ XƏBƏR

1990-ci ildə Dünya Kubokunun bombardiri Şillaççi vəfat edi

1990-cı il dünya çempionatının bombardiri Salvatore Şilaççi 59 yaşında vəfat edib.

32gun.az bildirir ki, bu barədə İtaliyanın "Gazzetta dello sport" qəzeti məlumat yayıb. 

Mənbənin sözlərinə görə, futbolçunun ölümünə səbəb onun son illərdə mübarizə apardığı, bir neçə əməliyyat və kimyaterapiya keçirdiyi düz bağırsağın xərçəngi olub.

Xatırladaq ki, Şilakçi İtaliyada Turin "Yuventus"u və "İnter"də çıxış edib. 1990-cı il Dünya Kubokunda forvard turnirdə altı qol vuraraq ən çox qol vuran futbolçu olub. “Skuadra Adzurra” üçüncü yer uğrunda görüşdə İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gələrək mundialın bürünc medalları ilə kifayətlənib.

Şilakçi 33 yaşında Yaponiya çempionatında mübarizə apararaq idman karyerasını bitirdi . Oyunçu karyerasını bitirdikdən sonra Salvatore bir neçə film və serialda rol alıb.

Ayxan 

Oxşar Xəbərlər