İDMAN ÖZ XƏBƏR

Ukrayna millisinin rəhbərləri rusiyalı futbolçunun İspaniyaya transferini əngəlləyib

Ukraynalı futbolçular Artem Dovbık və Viktor Tsqankov Rusiyanın Moskva “Dinamo”sunun hücumçusu Konstantin Tyukavinin İspaniyanın “Jirona” klubuna keçidinə mane olublar.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, onun açıqlamasına görə, "Jirona" 22 yaşlı Tyukavinlə maraqlansa da, Viktor Tsygankov və Artem Dovbyk bu transferə qəti şəkildə qarşı çıxıb, Kataloniya klubu isə ukraynalıların tərəfinə keçib və transferi həyata keçirməyib.

Xatırladaq ki, 26 yaşlı Viktor Tsqankov 2023-cü ilin yanvarından "Jirona"da çıxış edir və komandanın liderlərindən biridir.

27 yaşlı Dovbyk 2023-2024-cü illərdə "Jirona"da çıxış edib və İspaniya çempionatının son mövsümünün bombardiri olub. Artem bu yay İtaliya "Roma"sına keçib.

Dovbıkın İtaliya çempionatında "Roma"nın heyətində möhtəşəm qola imza atdığı daha əvvəl bildirilib. 

Ayxan 

Oxşar Xəbərlər