MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Rusiyanın xalq artisti vəfat edib
Tatarıstanın və Rusiyanın xalq artisti , SSRİ Dövlət mükafatı və Rusiya milli teatrı “Qızıl maska” mükafatı laureatı Rinat Tazetdinov 86 yaşında vəfat edib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Q.Kamal adına Tatar Dövlət Akademik Teatrının mətbuat xidməti məlumat yayıb.
Teatrın kollektivi Tazetdinovun ailəsinə və yaxınlarına başsağlığı verib.
Tazetdinov 1938-ci il yanvarın 1-də Tatar Muxtar Sovet Sosialist Respublikasının Drojjanovski rayonunun Malaya Tsilna kəndində anadan olub. 1961-ci ildə Şçepkin adına Moskva Teatr Məktəbini bitirib. Elə həmin il Tatar Akademik Teatrının truppasına qəbul olunub.
Tatarıstan Respublikası Teatr Xadimləri İttifaqının idarə heyətinin sədri olub.
Nilay