İtaliyalı mütəxəssis Roberto Mançini Səudiyyə Ərəbistanının futbol üzrə milli komandasının baş məşqçi postunu tərk edib.
32gun.az bildirir ki, bu barədə Ərəbistan Futbol Federasiyasının mətbuat xidməti məlumat verib.
Məlumata görə , tərəflər müqaviləyə xitam verilməsi barədə razılığa gəliblər.
Bundan əvvəl mətbuatda istefanın səbəblərinin qeyri-qənaətbəxş nəticələrin, o cümlədən məşqçi ilə komanda arasında münasibətlərin pisləşməsi ilə bağlı olduğu bildirilib.
Xatırladaq ki, 59 yaşlı çalışdırıcı 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edəcək. Son beş matçda komanda yalnız bir qələbə qazanıb.
Mançini dövrümüzün ən yaxşı italyan məşqçilərindən biridir. O, 2018-ci ildə İtaliya millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında italyanlar 2021-ci ildə Avropa çempionatının qalibi olub və 2022-ci il dünya çempionatına vəsiqə qazana bilməyib.
Nilay