"Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanı komandasında görmək istədiyini bildirib .
32gun.az bildirir ki, bu barədə “TuttoJuve” məlumat yayıb .
Mənbə iddia edir ki, portuqaliyalı ulduz artıq fransızı Səudiyyə Ərəbistanı komandasına dəvət edib. Ronaldo və Poqba 2021/22 mövsümündə "Mançester Yunayted"də birlikdə çıxış ediblər.
Oktyabrın 7-də İdman Arbitraj Məhkəməsi (CAS) "Yuventus"un futbolçusu Pol Poqbanın dopinq qadağasının 4 ildən 18 aya endirildiyini açıqlayıb .
Dayandırılma 11 sentyabr 2023-cü il tarixindən hesablanır. Futbolçu 2025-ci ilin martından meydana çıxa biləcək.
Ayxan