İDMAN ÖZ XƏBƏR

BOK rəhbərini rus xalqı qarşısında diz çökməyə çağırıblar

Biatlon üzrə ikiqat olimpiya çempionu Dmitri Vasilyev bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax beynəlxalq olimpiya hərəkatının məhv edilməsi prosesinə başlayıb.

32gun.az xəbər verir ki, onun açıqlamasını RİA Novosti yayıb. 

“Onun bütün açıqlamaları mənim üçün dəyərsizdir. Tomas Bax elə bir ölkədə doğulmuş adamdır ki, sakinləri sovet və rus xalqını görəndə onların qarşısında sonsuz diz çökməlidir. Çünki bu ölkə dövlətimizə o qədər pislik gətirib ki, onlar heç vaxt özlərini yuya bilməyəcəklər”, - Vasilyev bildirib.

Bax Almaniyada anadan olub. 

2023-cü il oktyabrın 12-də BOK DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının Rusiya təşkilatına daxil edilməsindən sonra Rusiya Olimpiya Komitəsinin fəaliyyətini növbəti xəbərdarlığa qədər dayandırdığını elan edib.

Ayxan 

Oxşar Xəbərlər