İDMAN ÖZ XƏBƏR

"Barselona"nın 17 yaşlı futbolçusu dünyanın ən bahalı gənc futbolçusu kimi tanınıb

"Barselona"nın və İspaniya milli komandasının 17 yaşlı futbolçusu Lamin Yamal 21 yaşa qədər dünyanın ən bahalı futbolçusu olub.

32gun.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) saytı məlumat yayıb. 

Yamal 180,9 milyon avro dəyərində qiymətləndirilir. İkinci pillədə qərarlaşan “Mançester Yunayted” dən Alejandro Qarnaço ilə fərq 65 milyondan çoxdur; 20 yaşlı argentinalı futbolçunun qiyməti 114,8 milyon avrodur. Üçüncü yerdə PSJ-dən 18 yaşlı Uorren Zair-Emeri qərarlaşıb - 109 milyon avro.

Reytinqə bir rusiyalı futbolçu daxil edilib: Moskva Lokomotivindən 20 yaşlı Sergey Pinyaev . O, 22,3 milyon avro dəyərində 67-ci yerdə qərarlaşıb.

İyulun 9-da Yamal Avropa Çempionatları tarixində ən gənc qol vuran futbolçu oldu . Həmin vaxt onun 16 yaş 337 günlük yaşı var idi. Yamal Barselonanın məzunudur. O, 2023-cü ildən komandada çıxış edir. O, kataloniyalıların heyətində 66 oyun keçirib və 13 qol vurub.

Ayxan 

 

Oxşar Xəbərlər