HADİSƏ

Bakıda səfirliyin sərxoş əməkdaşı maşınla adam vurdu - Təcili yardım gecikdi (FOTO+VİDEO)

Bakı şəhəri Nərimanov rayonunda qəza hadisəsi baş verib. 

32gun.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, yolu keçməyə çalışan orta yaşlı qadını avtomobil vurub. 

Hadisə yerinə polis əməkdaşları gəlib. 

Aldığımız məlumata görə, qəzaya səbəb Bakıda Rusiya səfirliyinin əməkdaşlarından birinə məxsus "Hyundai Sonata" markalı avtomobildir. Sürücünün sərxoş olduğu deyilir. 

Məlumata görə, Təcili yardım avtomobili yarımsaat  gecikib.

Nilufər

Oxşar Xəbərlər