KRİMİNAL
Ağadadaş Ağayev özünü təqsirli bilmir
Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə Xalq artisti Ağadadaş Ağayevin məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
32gun.az "Unikal"a istinadən xəbər verir ki , dövlət ittihamçısı ittiham aktını elan etdikdən sonra çıxış üçün söz təqsirləndirilən şəxs Ağadadaş Ağayevə verilib.
Ağadadaş Ağayev özünü təqsirli bilməyərək bu gün ifadə verməyə hazır olmadığını bildirib.
Məhkəmə prosesi 3 dekabr tarixinə kimi təxirə salınıb.