Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiya və Belarus fiqurlu konkisürənləri 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarına neytral statusda qəbul etməyi planlaşdırır.
32gun.az bildirir ki, bu barədə RİA Novosti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, ISU olimpiadaya vəsiqə qazanacaq yeni turnirə rus və belarusluları qəbul etməyi planlaşdırır. Rusiya və Belarus fiqurlu konkisürənlər yarışlarda hər növdə bir kvotaya vəsiqə qazana biləcəklər, lakin bu məsələ hələ tam həllini tapmayıb.
O da mümkündür ki, qərar müsbət olarsa, ruslar və belaruslar Olimpiya mövsümünün digər turnirlərində iştirak etmək imkanı əldə edəcəklər. Təşkilatın mart ayında keçiriləcək növbəti şurasından sonra yekun hökmün veriləcəyi gözlənilir.
ISU Rusiya və Belarus idmançılarını 2022-ci ilin yazında yarışlardan kənarlaşdırıb. ISU bu qərarı Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələri ilə izah edib. Rusiya fiqurlu konkisürənlər üçün beynəlxalq səhnədə sonuncu rəsmi start 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunları olub.
Sentyabrın 28-də məlum olub ki, ISU 2024/25 mövsümündə rus fiqurlu konkisürənlərin beynəlxalq yarışlarda iştirakına icazə verməyib. Sentyabrın 27 və 28-də baş tutan konqresdə yerli idmançıların gələcəyi ilə bağlı qərar qəbul edilib. Səsvermə nəticəsində Rusiya fiqurlu konkisürənlər qarşıdakı mövsümdə, yəni olimpiyaqabağı mövsümdə beynəlxalq yarışlarda iştirak etmək imkanından məhrum olublar.
Ayxan