İDMAN ÖZ XƏBƏR

Almaniyanın ən yaxşı klubunun futbolçusunun yaşı uşaqlıqda saxtalaşdırılıb

Dortmund "Borussiya"sının hücumçusu Youssoufa Moukokonun atası Cozef Mukoko oğlunun yaşını uşaq ikən saxtalaşdırdığını etiraf edib. 

32gun.az bildirir ki, bu barədə "Bild" xəbər verib. 

Cozef Mukoko and içərkən etiraf edib.

“Yussoufa Mukoko mənim bioloji oğlum deyil, həyat yoldaşım Mari Mukokonun da oğlu deyil. O, 20 Noyabr 2004-cü ildə Kamerunun Yaounde şəhərində anadan olmayıb ” deyən Joseph, Youssoufanın 19 iyul 2000-ci ildə anadan olduğunu qeyd edib.

Yusuf Almaniyanın müxtəlif yaş qruplarından ibarət milli komandalarında çıxış edib, ölkə millisində də iki oyun keçirib. O, bu mövsüm Fransanın "Nitsa" klubunda icarə əsasında çıxış edir.

Ayxan 

Oxşar Xəbərlər