HADİSƏ
Qubada 5 yaşlı uşağı maşın vurdu
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndi ərazisində qeydə alınıb.
Hazırlıqdan qayıdan 5 yaşlı Hüseyn Qəribovu maşın vurub. Xəsarət alan azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.