Ümumdünya Boks Şurası ukraynalı Aleksandr Usık və britaniyalı Tayson Furinin növbəti 36 gün diskvalifikasiya müddəti (idmandan uzaqlaşdırma cəzası) alıb.
32gun.az bildirir ki, WBC bu qərarı onların baş-başa revanş oyunundan sonra verib.
Birlikdən verilən açıqlamaya görə, bu qərar tibbi səbəblərə görə verilib. Revanş görüşündən sonra idmançıların səhhətində yarana biləcək problemlərin qarşısını almaq üçün boksçuların növbəti 36 gün ərzində rinqə çıxması qadağan edilib.
Şənbədən bazara keçən gecə Usik və Furi dünya ağır çəkisi titulu uğrunda mübarizədə yeni baş-başa döyüş keçirdilər. Görüş Ər-Riyadda baş tutub, reqlamentə uyğun olaraq bütün 12 raund davam edib və Usikin uğurlu titul müdafiəsi ilə yekunlaşıb.
Ukraynalı boksçu rəqibini bölünmüş qərarla məğlub edib.
İndi Aleksandrın 23 qələbəsi var, onlardan 14-ü nokautla, peşəkar karyerasında heç bir məğlubiyyəti yoxdur. Furi 34 qələbə (24 nokaut) və bir heç-heçə ilə ikinci məğlubiyyətini alıb.
Ayxan