Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü və Başqırdıstan Respublikası parlamentinin üzvü Ceff Monson Qərb siyasətçilərini beynəlxalq turnirlərdən kənarlaşdırıldıqları üçün Rusiya idmançılarından üzr istəməyə çağırıb.
32gun.az bildirir ki, onun açıqlamasını RİA Novosti yayıb.
“Başqa ölkələrin siyasətçiləri Rusiya idmançılarından üzr istəməlidirlər. Kişilik olardı. Amma heç nə olmamış kimi davranırlar. İdmançılar üçün ölkə liderləri qərar verməməlidir. Ayıbdır! - Monson deyib.
Qısa məsafədə üzgüçülük üzrə dünya çempionatında altı qızıl və dörd gümüş medal qazanan Rusiya medal sıralamasında ikinci olub. Yarış dekabrın ortalarında Macarıstanın paytaxtı Budapeştdə baş tutub.