İDMAN

İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək

İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək.

Bununla bağlı 32gun.az-a Azərbaycan Kikboksinq federasiyasından məlumat verilib.

"Azərbaycan Kikboksinq Federasiyası baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır. Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətlə idman sferasında yolverilməz olduğunu bildirir. Məsələ ilə bağlı 07.01.2025 tarixində federasiyanın iclası gözlənilir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcəkdir", - deyə məlumatda bildirilib.

Xatırladaq  ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişçisi  kimi saxlanılıb.

Oxşar Xəbərlər