Arman Tsarukyan zədə səbəbindən UFC 311 turnirindəki döyüşdən çəkildi
Rusiya-erməni qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Arman Tsarukyan, Rusiya təmsilçisi və UFC çempionu, dağıstanlı İslam Maxaçev ilə qarşılaşmadan çəkilib.
32gun.az bildirir ki, bu barədə RED CORNER MMA sosial şəbəkə X-də məlumat yayıb.
Döyüşçünün meneceri Azamat Bostanov, Sport24-ə müsahibəsində bu qərarın səbəbini açıqlayıb.
"Mən dəqiq bilirəm ki, Arman İslam Maxaçev ilə döyüşdən çəkilib. Onun bel zədəsi kəskinləşib. İslam üçün əvəz edəcək döyüşçü barədə hələ məlumatım yoxdur. Amma tam əminəm ki, Tsarukyan sabah döyüşə çıxmayacaq," — deyə o bildirib.
UFC 311 turniri ABŞ-da Moskva vaxtı ilə 18-dən 19-na keçən gecə baş tutacaq.
32 yaşlı İslam Maxaçev hazırda çəki kateqoriyalarından asılı olmayaraq, UFC-nin ən yaxşı döyüşçüləri reytinqində liderliyini qoruyur.
Yüngül çəkidə Ultimate Fighting Championship (UFC) çempionu rusiyalı İslam Mahaçev 311 nömrəli promo-turnirdə Braziliya təmsilçisi Renato Moikano ilə döyüşəcək . Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib.
Turnirin digər önəmli döyüşündə isə Rusiya təmsilçisi Umar Nurməhəmmədov Gürcüstanlı Merab Dvalişvili ilə oktagona çıxacaq.
Bundan əvvəl UFC çempionu, Həbibin qardaşını yalançılıqda ittiham etmişdi.
Ayxan