Portuqaliyalı futbol agenti Paulo Barbosa, braziliyalı futbolçu Neymarın Sankt-Peterburq "Zenit" komandasına keçidinin mümkün olduğunu açıqlayıb.
32gun.az bildirir ki, bu barədə RB Sport məlumat yayıb.
"Belə bir ehtimalı istisna etmək olmaz. 'Zenit' Neymar üçün maraqlı klublardan biridir. Orada dostları, braziliyalı həmkarları var və bu, böyük rol oynayır," – deyə Barbosa bildirib.
2023-cü ilin yayında Neymar Fransanın "Paris Sen-Jermen" klubundan Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına 90 milyon avro müqabilində keçmişdi. Yeni komandasında cəmi beş oyun keçirən və bir qol vuran futbolçu, 18 oktyabr 2023-cü ildə Uruqvayla matç zamanı zədələnmişdi. Onda çarpaz bağların və meniskin qırılması diaqnozu qoyulmuş, təxminən 10 ay bərpa prosesi gözlənilirdi.
Neymar 2013–2017-ci illərdə "Barselona"nın heyətində çıxış edib. Bu müddətdə o, iki dəfə İspaniya çempionu (2014/15, 2015/16), üç dəfə ölkə kubokunun qalibi olub. 2014/15 mövsümündə isə "Barselona" ilə Çempionlar Liqasının qalibi adını qazanıb.
Ayxan