Dağıstanlı qarışıq döyüş ustası Umar Nurməhəmmədov, UFC 311 çərçivəsində gürcü Merab Dvalişvili ilə keçirdiyi döyüşdən sonra altı aylıq diskvalifikasiya alıb.
32gun.az bildirir ki, bu barədə MMA Fighting məlumat yayıb.
Kaliforniya ştatının Atletika Komissiyası tərəfindən verilən qərara əsasən, Nurməhəmmədov sol əlindəki şəhadət barmağının qırılması səbəbindən müvəqqəti döyüşlərdən kənarlaşdırılıb. Döyüş zamanı idmançılar yüngül çəkidə çempionluq titulunu qazanmaq uğrunda mübarizə aparıb.
Bununla belə, Nurməhəmmədov, zədəsinin tam sağaldığını təsdiqləyən həkim arayışını təqdim etdiyi təqdirdə, bu cəzanı azaltmaq imkanı qazana bilər.
Xatırladaq ki, Nurməhəmmədov, çempionluq kəməri uğrunda keçirdiyi döyüşdə Dvalişviliyə məğlub olub. Gürcüstan təmsilçisi çempion kimi, Dağıstan döyüşçüsü isə rəqib olaraq döyüşdə iştirak edib. Görüş hakimlərin yekdil qərarı ilə Dvalişvilinin qələbəsi ilə başa çatıb.
Ayxan