İDMAN ÖZ XƏBƏR

Rusiyalı döyüşçü erməni idmançını tənqid edib- Mahaçevlə döyüşdən geri çəkildiyinə görə

Şara Bullet Arman Tsarukyanı sərt tənqid etdi

UFC döyüşçüsü Şarabutdin Maqomedov, tanınan adı ilə Şara Bullet, Arman Tsarukyanın İslam Maxaçevlə döyüşdən çəkilməsini tənqid edib.

32gun.az xəbər verir ki, onun fikirlərini Sport24 yayımlayıb.

"Çox sayda insanı məyus etdi. Onun döyüşünü gözləyən çox adam vardı. Amerikaya məhz bu döyüş üçün gələn bir çox ermənini tanıyıram. Qazandıqda hər şey bağışlanır, ancaq uduzanda bütün günahlar sənin üstünə yıxılır," – deyə Şara Bullet bildirib.

UFC 311 turnirinin 19 yanvarda Los-Ancelesdə keçirilən əsas döyüşündə Maxaçev braziliyalı Renato Moikanonu məğlub edərək rekord dördüncü dəfə titulunu qoruyub. O, döyüşün ortasında rəqibi parterə salaraq onu təslim olmağa məcbur edib. Əvvəlcə Maxaçevin rəqibi Arman Tsarukyan olmalı idi, lakin Tsarukyan 17 yanvarda döyüşdən çəkilib.

Turnirin həmsədr döyüşündə isə rusiyalı Umar Nurməhəmmədov gürcü Merab Dvaliçviliyə məğlub olub. Dvaliçvili hakimlərin yekdil qərarı ilə qalib elan edilib. Döyüş zamanı Nurməhəmmədov qolunu sındırıb və karyerasında ilk məğlubiyyətini yaşayıb.

Ayxan 

Oxşar Xəbərlər