Ukraynalı IBF və IBO yüngül çəki çempionu Vasili Lomçenko (18−3, 12 KO) ABŞ-ın Kaliforniya ştatının Santa-Rosa-Valli şəhərində yerləşən daşınmaz əmlakını satışa çıxarıb.
32gun.az bildiri ki, bu barədə champion.com.ua xəbər yayıb.
Məlumata görə, boksçu mülkü 2,599,000 dollar qiymətləndirir. Evdə beş yataq otağı, beş vanna otağı, səkkiz avtomobil üçün qaraj, dəniz suyu ilə doldurulmuş hovuz, spa mərkəzi, iki barbekü zonas və basketbol oynamaq üçün meydança var. Xatırladaq ki, 7 yanvarda Kaliforniyada geniş meşə yanğınları baş verib. Yanğının maddi zərəri 350 milyon dollardan çox olub. Nəticədə bir neçə insan həyatını itirib və çoxlu evlər məhv edilib.
Eyni zamanda, 2023-cü ilin əvvəlindən Lomçenkonun Instagram səhifəsi Ukrayna istifadəçiləri üçün əlçatan deyil. Boksçu əvvəllər sosial şəbəkədə Ukraynanın rəhbərliyinin Rusiyaya sıx əlaqəsi olan kilsə ilə bağlı fəaliyyətlərini tənqid edərək, UPT MP-ni dəstəkləyən bir neçə paylaşım etmişdi.
Lomçenko son döyüşünü 12 mayda Avstraliyalı Ciorc Kamposos ilə Perthdə keçirib. 36 yaşlı ukraynalı 11-ci raundda texniki nokautla qələbə çalıb və yenidən dünya çempionu olub.
Ayxan