Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev Rusiya futbolundakı korrupsiya ilə bağlı səsləndirdiyi fikirlərdən sonra hədələr aldığını bildirib.
32gun.az bildirir ki, onun sözlərini KP-Sport yayıb.
“Təbii ki, təhdidlər var. Hələ də davam edir. Elə bir səviyyədə ki, bəzən qulaqlarıma inana bilmirəm. Amma ən vacib məsələ odur ki, bu, yalnız başlanğıcdır. Əminəm ki, biz futbol azarkeşləri olaraq müsbət dəyişikliklərə sevinəcəyik”, – deyə Fedorişev qeyd edib.
Xatırladaq ki, 26 noyabr 2024-cü ildə Fedorişev video-konfrans vasitəsilə Dövlət Şurasının üzvləri ilə keçirilən iclasda “Krylya Sovetov” klubunun hakimlərə rüşvət üçün 36 milyon rubl ödəməli olduğunu demişdi. 28 noyabrda isə bu məsələ hüquq-mühafizə orqanlarına təqdim edilib.
Bundan sonra Rusiya Premyer Liqası (RPL) fövqəladə iclas keçirib. RPL prezidenti Aleksandr Alaev hakimlər korpusu ətrafında yaranan korrupsiya qalmaqalının ciddi araşdırılacağını bəyan edib. 4 dekabrda isə polis bu məsələ ilə bağlı araşdırmalara başlayıb.
Ayxan