"Spartak" serb İvan İliçə alternativ olaraq "Beşiktaş"ın 26 yaşlı portuqaliyalı yarımmüdafiəçisi Qedson Fernandeşi nəzərdən keçirir.
32gun.az bildirir ki, bu barədə Metaratings.ru xəbər verib.
Saytın əldə etdiyi məlumata görə, klublar arasında rəsmi danışıqlar aparılmasa da, artıq “Spartak”ın yeni idman direktoru Frensis Kajiqaoya yaxşı tanış olan Fernandesin mümkün transferi ilə bağlı qeyri-rəsmi müzakirələr gedirdi.
Qedsondan başqa, İliçin yerinə “qırmızı-ağlar”ın başqa namizədləri var.
Fernandes "Benfika"dan ayrıldıqdan sonra müqavilə imzaladığı 2022-ci ilin yayından bəri Beşiktaşda oynayır. O, klubdakı karyerası ərzində 114 matçda 14 qol vurub, 15 məhsuldar ötürmə edib.
Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 17 milyon avrodur.
Ayxan