İDMAN

Teymur Rəcəbov Azərbaycan çempionatından çəkildi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ölkə çempionatında mübarizəni davam etdirməyəcək.

32gun.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 38 yaşlı qrossmeysterin səhhətində problemin yaranması olub.

T.Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb. Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.

Qeyd edək ki, Teymur Rəcəbov 3-cülük uğrunda Misrətdin İskəndərovla görüşməli idi.

Oxşar Xəbərlər