DÜNYA
Mariupolda döyüşlər davam edir: Rus texnikaları məhv edilir
Ukraynada artıq yeddi gündür müharibə davam edir.
32gun.az Unian-a istinadən xəbər verir ki, Mariupolda yeddinci gündür döyüşlər davam edir. Ukrayna Milli Qvardiyasının bölmələri Ukrayna Silahlı Qüvvələri ilə birlikdə şəhərin müdafiəsini həyata keçirir.
"Müdafiəçilərimiz dəqiq artilleriya zərbəsi ilə Mariupol yaxınlığındakı Starıy Krım kəndində "Lynx" zirehli avtomobilini və "Kamaz"ı məhv ediblər", - Operativ Silahlı Qüvvələrin Teleqram kanalında deyilir.
Nurlan Şiraliyev