DÜNYA ÖZ XƏBƏR

Uşaq evində uşaqlara illərlə işgəncə verilib, rəhbərlik isə ört-basdır edib / Dəhşətli İDDİA

Uralda uşaq evində uşaqlara illərlə işgəncə verilib, rəhbərlik isə ört-basdır edib – Rusiya mətbuatı

Rusiyanın Sverdlovsk vilayətində yerləşən bir uşaq evində illərlə uşaqlara qarşı zorakılıq edildiyi üzə çıxıb.

32gun.az bildirir ki, məlumatı Tümen vilayətində fəaliyyət göstərən xeyriyyə fondunun rəhbəri Yelena Veselaya E1.RU portalına açıqlayıb.

İki il əvvəl Veselaya bu uşaq evində uşaqlara qarşı pis rəftar, sponsor yardımlarının yoxa çıxması və əsas ehtiyacların belə təmin olunmaması ilə bağlı faktları ictimailəşdirib. O həmçinin bir yetim qızın internet vasitəsilə şantaja məruz qaldığını da qeyd edib. Bu hadisəni yerli hakimiyyət uzun müddət görməməzliyə vurub. Lakin Veselaya Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkina müraciət etdikdən sonra təqsirkar şəxs saxlanılıb və 7 il həbs cəzası alıb.

Artıq keçmiş uşaq evi direktoruna qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə istintaq tamamlanıb. O, müəssisədəki uşaqlara qarşı törədilən seksual zorakılıq hadisələrini gizlətməkdə təqsirləndirilir.

Zərərçəkənlərdən biri 14 yaşlı qız olub. O, sərxoş vəziyyətdə olarkən qonşu şəhərdən olan bir kişi tərəfindən zorlanıb. 2023-cü ildə digər bir qız uşaq isə yerli xəstəxananın həkimi tərəfindən seksual zorakılığa məruz qalıb. Uşaq evinin rəhbərliyi və işçiləri bu hadisələri bilsələr də, hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

Bundan əlavə, yerli məktəbin informatika müəllimi 10 il ərzində uşaq evindən olan uşaqlara qəyyumluq sənədləri alaraq onları pornoqrafiyaya cəlb edib. Hazırda o həbsdədir və qurbanlarının sayının 30-a çatdığı ehtimal olunur.

Baş verənlərdən sonra uşaq evi bağlanıb, oradakı uşaqlar isə vilayətin digər müəssisələrinə yerləşdirilib. Araşdırmanı hazırda Moskvanın istintaq qrupları davam etdirir.

Nilay 

Oxşar Xəbərlər