HADİSƏ

Tərtərdə silah-sursat aşkarlandı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xİdmətinin Bərdə regional qrupundan 32gun.az-a verilən məlumata görə, tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Oxşar Xəbərlər