Kanna Kino Festivalının tarixində ilk dəfə olaraq, festival rəhbərliyi aktyorun qırmızı xalçaya çıxışına qadağa qoyub.
32gun.az bildirir ki, bu barədə Variety məlumat yayıb.
Festivalda fransız aktyor Teo Navarro-Mussi “ləğv edilib”. Festivalın prezidenti Tiyerri Fremo və “137-ci iş” filminin prodüserləri aktyorun premyeraya qatılmasına icazə verməyiblər. O, bu filmdə ikinci dərəcəli rolda çəkilib. Film festivalın əsas proqramına daxil edilib.
33 yaşlı Navarro-Mussi üç sabiq partnyoru tərəfindən təcavüz, fiziki və psixoloji zorakılıqda ittiham olunub. Onlar hadisələrin 2018, 2019 və 2020-ci illərdə baş verdiyini bildiriblər. 2025-ci ilin aprelində aktyor barəsindəki iş sübutların olmaması səbəbindən bağlansa da, iddiaçılar apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.
Filmin prodüserləri bu qərarı belə əsaslandırıblar: “Kanna Kino Festivalının rəhbərliyi seksual zorakılıqda ittiham olunan şəxslərin fəaliyyətini işıqlandırmayacağını açıq şəkildə bəyan edib.”
Qeyd edək ki, bir gün əvvəl aktyor Jerar Depardye də cinsi zorakılıqda günahkar bilinmişdi.
Nilay