İsrailin müdafiə naziri İsrael Katz husilərin İsrailə atəş açmağa davam edəcəyi təqdirdə lideri Əbdülməlik əl-Husini məhv edəcəyi ilə hədələyib.
32gun.az bildirir ki, bu barədə mayın 16-da X sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Əgər husilər İsrailə raket zərbələri endirməyə davam etsələr, onlar ağrılı zərbələr alacaqlar və terror liderləri də əziyyət çəkəcəklər. Biz həmçinin Yəməndə Əbdülməlik əl-Husini də izləyəcək və məhv edəcəyik", - onun yazısında deyilir.
Katz bildirilib ki, İDF hazırda Yəməndə husi terror təşkilatının nəzarətində olan bir neçə limana hücum edib və ciddi ziyan vurub.
O əlavə edib ki, Yəmənin paytaxtı Sənadakı hava limanı da dağıdılıb.
"Biz özümüzü istənilən düşmənə qarşı müdafiə edəcəyik" Katz deyib.
Ayxan