Rusiyada Novqorod vilayət məhkəməsi 2002-2014-cü illərdə sahibkarların qətlində iştirak etmiş beş nəfərdən ibarət cinayətkar dəstənin üzvlərini uzunmüddətli həbs cəzasına məhkum edib.
32gun.az bildirir ki, Cinayətkarlar “Şimal-Qərb İnvestisiya-Sənaye Mərkəzi” (Северо-Западный инвестиционно-промышленный центр) şirkətinin , “Dükaavto” (Дюкавто) şirkətinin direktorunu və meşə təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarı güllələyiblər.
Məhkəmə hökmünə əsasən, təqsirləndirilən şəxslər 18 ildən 24 ilə qədər ciddi və xüsusi rejimli həbs cəzası alıblar. Bu barədə Novqorod vilayət prokurorluğunun Telegram-kanalında məlumat verilib.
Ayxan