Türkiyədə Aydının Efeler mahalında 18 yaşlı Turgay Yıldırım atasına məxsus beylik tapança ilə özünü vuraraq həyatına son verib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə Çeştepe məhəlləsində baş verib. Məlumata görə, emekli polis olan atasının evində tək qalan Turgay Yıldırım silahla oynadığı zaman naməlum səbəbdən özünü vurub. Silah səsini eşidən qonşuların xəbər verməsi ilə hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Tibbi yardım əməkdaşları gəncin həyatını itirdiyini müəyyənləşdiriblər.
Evə gələn ailə üzvləri sinir krizi keçiriblər. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Ayaz