Almaniyanın Maks Plank Cəmiyyəti Heyvan Davranışı İnstitutunun alimləri Panama sahillərindəki Xikaron adasında yaşayan kapuçin meymunları arasında nadir bir davranışı qeydə alıblar. Tədqiqatda kapuçinlərin başqa növ olan qışqıran meymunların bala meymunlarını oğurlayaraq üzərlərində gəzdirməsi kimi qəribə sosial ənənə yaratdıqları bildirilib.
32gun.az xəbər verir ki, bu araşdırma Current Biology jurnalında dərc olunub.
Tədqiqat qrupu 30 kameradan toplanan görüntüləri 15 ay boyunca analiz edib və gənc kişi kapuçinlərin 11 qışqıran meymun balasını oğurladıqlarını aşkar edib. Meymunlar balalara zərər verməsələr də, dörd bala oğurlanma nəticəsində həyatda qala bilməyib.
Alimlər bu fenomenə məntiqli izah tapa bilməyiblər. Kapuçinlərin oğurluqla qida və ya sosial üstünlük əldə etmədikləri, lakin bu davranışın gənc samirlər arasında moda kimi yayıldığı vurğulanıb.
Tədqiqatın aparıcısı Brendan Barrett bildirib ki, bu, digər növlərə mənfi təsir göstərən heyvanların mədəni ənənə yaratmasının ilk sənədləşdirilmiş halıdır.
Layihə rəhbəri Meg Krofut isə təhlükəsiz yaşayış mühitinin, yəni yırtıcıların olmaması və qida mənbələrinin asan əlçatanlığının bu qeyri-adi fenomendə səbəb ola biləcəyini qeyd edib. O bildirib ki, "Təhlükə olmadıqda, ağıllı heyvanlar eksperimentlər aparmağa başlayır – bəzən bu, narahat edici nəticələrlə nəticələnir."
Nilay