Laosun şimalında yerləşən Saynyaburi şəhərində zəhərli göbələk yedikdən sonra 7 nəfər dünyasını dəyişib.
32gun.az xəbər verir ki, bu barədə yerli KPL xəbər agentliyi məlumat yayıb.
Hadisədən sonra vilayət səhiyyə orqanları təcili xəbərdarlıq edərək əhalini ehtiyatlı olmağa və ölüm hallarının qarşısını almaq üçün profilaktik tədbirlər görməyə çağırıblar. Yerli idarəetmə orqanlarına həkimlərlə sıx əməkdaşlıq etmək, vəziyyəti izləmək və yeni zəhərlənmə hallarına dair məlumatları operativ şəkildə ötürmək tapşırılıb.
Vətəndaşlara yemək hazırlayarkən diqqətli olmaq və istifadə olunan bütün ərzaq məhsullarının təhlükəsizliyinə əmin olmaq tövsiyə edilib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Qelendjik şəhərində də 10-dan çox şəxs göbələk zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onlarda orqan çatışmazlığı, həmçinin böyrək və qaraciyər pozuntuları aşkarlanmışdı. Həkimlər onların həyatını xilas etmək üçün hemo- və plazmafiltrasiya təyin etmişdi.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ən kiçik şübhə varsa belə, göbələk yeməkdən çəkinmək lazımdır. Ən təhlükəsiz variant — onları tullamaq və vaxtla əziyyətə heyfislənməməkdir.
Ayxan