DÜNYA ÖZ XƏBƏR

ABŞ Estoniyaya 300 milyon dollarlıq Javelin raketlərinin satışına icazə verdi

ABŞ Dövlət Departamenti Estoniyaya 300 milyon dollar dəyərində Javelin raketlərinin və əlaqəli avadanlıqların satışına icazə verib.

32gun.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Tallin Vaşinqtondan ümumilikdə 800 raket istəyib.

"ABŞ Dövlət Departamenti Estoniya hökumətinə Javelin raketləri və müşayiətedici avadanlıqların mümkün satışını təsdiqləyib", – deyə qurumun bəyanatından bildirilib.

Qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti Polşaya 180 milyon dollarlıq GBU-39 idarə olunan aviasiya bombalarının satışına da razılıq verib. Həmin razılaşmaya dörd ədəd təlim bombası GBU-39 (T-1)/B də daxildir.

Ayxan 

Oxşar Xəbərlər