DÜNYA ÖZ XƏBƏR

Alimlər qaragilə plantasiyalarını məhv edən sirli xəstəlik aşkar ediblər

Avstraliyalı alimlər məhsuldarlığı azaldan və bitkiləri məhv edən çətin diaqnoz olunan xəstəliyi araşdırırlar

Avstraliyanın Kvinslend Universitetinin (UQ) alimləri qara meyvələr arasında dünyada çiyələklərdən sonra ikinci yerdə duran çərtənin (yaban mersini) məhsuldarlığını azaldan və bitkilərin məhvinə səbəb olan az tanınan xəstəliyin genişmiqyaslı tədqiqinə başlayıblar.

32gun.az bildirir ki, araşdırma universitetin rəsmi saytında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, xəstəlik əsasən köklərin dolaşması və gövdə ilə kök arasında yerləşən tac hissəsinin inkişaf etməməsi ilə özünü göstərir. Bu isə budaqların quruması, məhsuldarlığın aşağı düşməsi, ağır hallarda isə bütün kolun məhv olması ilə nəticələnir.

Alimlər hesab edirlər ki, xəstəlik patogenlər və ya zərərvericilərlə deyil, fizioloji amillərlə bağlıdır. Onların irəli sürdüyü əsas hipotezlərə görə bu hal çərtənin çoxaldılma üsullarından, fidanlıq şəraitindən və ya hormonal tarazlığın pozulmasından qaynaqlana bilər.

Tədqiqatçılar gələcəkdə fermerlər üçün praktiki tövsiyələr hazırlamaq və xəstəliyi erkən mərhələdə aşkar etməyə imkan verəcək diaqnostika aləti yaratmağı planlaşdırırlar. Bu, məhsuldarlığın qorunmasına və kənd təsərrüfatının vacib sahəsində iqtisadi itkilərin azaldılmasına kömək edəcək.

Nilay 

Oxşar Xəbərlər