SOSIAL ÖZ XƏBƏR

“E.T.L. COMPANY” MMC-yə 149 min manatdan çox maliyyə sanksiyası tətbiq olunub - yarım milyon manatdan artıq vergi borcu da var

“E.T.L. COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 149 min 365 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

32gun.az-ın məlumatına görə, Pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya ümumiyyətlə uçota alınmaması, eləcə də malların Vergi Məcəlləsinə uyğun olaraq qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında rəsmiləşdirilməməsi faktları üzrə tərtib edilmiş AKT-lara əsasən şirkətə aşağıdakı məbləğlərdə maliyyə cərimələri kəsilib -  1313.50 manat, 147 458.31 manat ,593.50 manat dəyərində.

32gun.az-ın əldə etdiyi məlumata görə,  “E.T.L. COMPANY” MMC-nin dövlət büdcəsinə 566 530.03 manat məbləğində vergi borcu da qeydə alınıb.

Qanuni təmsilçisi Elbrus Şirinov Səlim oğlu olan şirkətin nizamnamə kapitalı cəmi 40 manat təşkil edir.

Ayaz 

Oxşar Xəbərlər