SOSIAL ÖZ XƏBƏR

Məşhur "LAKE CITY" MTK-ya milyonlarla manatlıq vergi borcu və cərimə tətbiq edilib

"LAKE CITY" Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı səyyar vergi yoxlamalarının nəticəsi olaraq böyük məbləğdə əlavə vergi və maliyyə sanksiyası hesablanıb.

32gun.az xəbər verir ki, Səyyar vergi yoxlaması əsasında qəbul edilən qərara əsasən, MTK-ya 4 334 342,73 manat əlavə vergi, 2 167 291,37 manat isə maliyyə sanksiyası tətbiq olunub.

Şirkətin qanuni təmsilçisi Qurban Xudaverdiyev Əli oğludur. Nizamnamə kapitalı cəmi 320 manat olan MTK-ya qarşı bu məbləğdə maliyyə öhdəliyinin yaranması diqqət çəkir.

Qeyd edək ki, məşhur Zümrüd Residence, Bakı Bağları, Azadlıq BağçalıMayak Residence layihələri məhz "LAKE CITY" MTK-ya məxsusdur.

Ayaz 

Oxşar Xəbərlər