"OFFICEMART" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti çərçivəsində tədbir görülüb.
32gun.az xəbər verir ki, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti ilə bağlı tərtib edilmiş AKT-a əsasən şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, "OFFICEMART" MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Rüstəm Səlimov Balağa oğludur.
Ayaz