"HOME BAKU" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində aparılan səyyar vergi yoxlaması ciddi maliyyə pozuntularını üzə çıxarıb.
32gun.az xəbər verir ki, yoxlama nəticəsində şirkətə 2.349.816,53 manat məbləğində əlavə vergi, 1.174.908,27 manat isə maliyyə sanksiyası hesablanıb.
Qeyd edək ki, "HOME BAKU" MMC-nin nizamnamə kapitalı da 2.349.816,53 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fatih Isılakdır.
HOME BAKU — IKEA məhsullarının Bakı şəhərinə çatdırılma xidmətidir.
Ayaz