Eyni şəxsin rəhbərlik etdiyi iki müəssisə riskli vergi ödəyicisi kimi qeydə alınıb.
32gun.az xəbər verir ki, Vergi orqanları tərəfindən "FƏRİD" və "AQİB" adlı kiçik müəssisələr riskli vergi ödəyicisi kimi qeydə alınıb. Hər iki şirkətin qanuni təmsilçisi Ramin Əkbərov Ələddin oğludur.
"FƏRİD" Kiçik Müəssisəsinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu,
"AQİB" Kiçik Müəssisəsi isə 09.03.2005-ci il tarixində qeydiyyata alınıb və hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu göstərilib.
Hər iki müəssisənin eyni şəxs tərəfindən təmsil olunması və paralel şəkildə riskli vergi ödəyiciləri siyahısında yer alması nəzarət orqanlarının diqqət mərkəzinə düşüb.
Ayaz