Daha bir şirkət vergi problemi ilə üzləşib.
32gun.az xəbər verir ki, "GÜNEL" Azərbaycan-İran birgə müəssisəsi riskli vergi ödəyicisi kimi qeydiyyata alınıb.
Şirkətin qanuni təmsilçisi Emil Tağıyev Həsən oğludur.
Hüquqi ünvan: Bakı şəhəri, Binəqədi rayonu, İnşaatçılar prospekti, ev 1.
Müəssisənin riskli vergi ödəyiciləri siyahısına düşməsi onun fəaliyyətinə nəzarətin artmasına səbəb ola bilər.
Ayaz