Ermənilər Qarabağdan çıxarılır - Ermənistan üçün FİASKO: Putin də, Makron da ...
Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulması 44 günlük müharibədən sonra ilk dəfə bardağı daşıran son damlaya da çevrilə bilər.
Müdafiə nazirliyinin məlumatında əks olunduğu xəbərə istinad etsək (Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir - red) Ordumuzun düşməni geri oturtmaq üçün Vətən müharibəsindən sonra ilk dəfə bu qədər lazımı tədbirləri görməyə başladığına şahid ola bilərik. Sosial şəbəkələrin erməni seqmentində dünəndən başlayan ajiotaj belə deməyə əsas verir.
Görünür Nikol Paşinyan Fransa səfəri ərəfəsində Ermənistanın belə bir təxribatla Azərbaycanı çətin durumda qoyacağını hesablasa da, rəsmi Bakının vəziyyəti düzgün qiymətləndirəcəyini hesaba yenə qatmağı bacarmayıb. Rusiyanın Ukraynaya müharibəsi fonunda ona qarşı tətbiq edilən sanksiyaların ardı-arasının kəsilmədiyi bir vaxtda Azərbaycanı da eyni vəziyyətlə üz-üzə qoymaq planı ilə Parisə getdiyi açıq sezilən erməni baş nazirin növbəti planı da suya düşdü. Azərbaycanın regionda yaratdığı yeni geosiyasi vəziyyəti artıq ən yaxın müttəfiqlərindən hesab edilən Fransanın da yeni proseslər mərhələsində qəbullanmaq məcburiyyətini bilməzdən gələn Ermənistan liderinin Paris səfəri ilə Rusiyanın orbitindən çıxmaq, Bakıya isə Moskvanın aqibətini yaşatmaq arzusu doğulmadan boğuldu. Bu gün səhər saatlarında Qarabağdakı vəziyyətə görə qondarma rejim qalıqlarının təcili "parlamentin iclası"nı çağırması dalana dirəndiklərindən xəbər verir.
Paşinyandan böyük səhv
1.jpg)
Belə ki, Rusiyanın Ukraynadakı müharibə səbəbindən misli görünməyən beynəlxalq iqtisadi sanksiyalarla sınağa çəkildiyi bir vaxtda özünə yeni ağa axtarışında olan Paşinyanın Fransa səfəri Kremli bərk qəzəbləndirib. Belə bir vaxtda Rusiya höküməti Qarabağda müvəqqəti nəzarət zonalarındakı ərazilərdən kontingentini geri çəkməklə yanaşı, 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndində nəzərdə tutulan (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir- red) məsələnin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq icrasını başlatmaqla (Rusiya Sülhməramlı Kontingentinin hazırki komandanı, general-mayor Andrey Volkov Qarabağda silahlı erməni quldurlarını Rusiya bayrağı altında daşımasını əks etdirən görüntülər yayıldı - red) rəsmi İrəvana ağır cəzanı kəsmək haqda düşünür.

Sülhməramlıların Qarabağın dağlıq hissəsinə gəlişindən sonra ilk dəfə olaraq ötən gün Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərini tərk edən kontingentə məxsus hərbi maşın karvanını əks etdirən kadrların yayılması Rusiyanın Paşinyanı cəzalandırmaq üçün atacağı addımlardan ola bilər. Bununla da rəsmi Moskva Paşinyana Ermənistan daxilində revanşist qüvvələr və müxalif dairələrin təzyiqlərini artıraraq kürsüsünü ciddi şəkildə laxlatmaqla baş nazirə növbəti qulaqburması vermək niyyətindədir. Amma bu cəza digərlərinə bənzəyəcək kimi görünmür.

Sosial şəbəkələrdə adi insanlar və bəzi ekspertlər tərəfindən Volkovun Qarabağda silahlı erməni quldurlarını Ukraynaya apardığı ilə bağlı iddialar da dolaşmaqda davam edir. Məntiqlə bunun mümkünlük dərəcəsi çox aşağıdır. Xüsusilə Rusiya silahlı qüvvələrinin tərkibində döyüşən şəxslərin Ukrayna tərəfinə əsir düməsindən sonra onların dindirilməsi zamanı üzə çıxan faktlar Moskvanı daha ehtiyyatlı davranmağa çalışacağı məsələsini aktuallaşdırır.
Belə ki, Rusiya prezidenti Vladimir Putin dünən bildirmişdi ki, Ukraynaya yalnız peşəkar hərbçilər göndərilib, orada çağırışçılar yoxdur. Üstündən 24 saat keçdikdən sonra Kreml sahibi etiraf etdi ki, Ukraynada çağırışçılar olub. Bunu niyə etiraf etdiyi də artıq bəllidir. Çünki həmin gənc çağırışçılar Ukrayna ordusuna əsir düşüblər, ağlayaraq valideynlərinə zəng ediblər və bu görüntülər sosial şəbəkələrdə işıq sürətilə yayılır. Kreml rəhbəri də anlayıb ki, bunu gizlətmək mümkün olmayacaq. O, vəziyyətdən çıxış yolu kimi çağırışçıları Ukraynaya göndərdilməsinə görə Müdafiə Nazirliyindəki məsul şəxsləri cəzalandırmağı tapşırıb. Bütün bunlardan sonra Rusiyanın Ukraynada döyüşməyə erməmni terrorçu dəstələrini göndərmək planı real vəziyyəti əks etdirmir. Belə olan halda Moskvanın göstərişi ilə qanunsuz erməni silahlı birləşmələrin Qarabağdan mərhələli şəkildə çıxarılması məsələsi daha ön plana çıxmış olur.
Öncə Laçın dəhlizi vasitəsi ilə sülhməramlıların hərbi kalonunun bir hissəsi Qarabağı tərk etdi, ardınca Rusiya bayrağı altında nəqliyyat vasitələrinə yığılmış bir qrup qanunsuz erməni silahlıları Azərbaycan ərazilərindən çıxarılır: Bu, xüsusilə Rusiyanın 10 noyabr üçtıərıəfli bəyanatının 4-cü bəndi ilə, 22 fevral Moskva Bəyannaməsinin 11-ci bəndinin icrasının başlanıldığı məsələsini daha çox ön plana çıxaran hadisələrə bənzəyir.
Gələk Makron-Paşinyan görüşünə:

Fransa səfəri, Makronla görüşü Ermənistan baş naziri adına rüsvayedici kadrlarla diqqət çəkdi. Görüşdən yayılan videogörüntülər deməyə əsas verir ki, Emanuel Makron da artıq Nikol Paşinyana dövlət başçısı kimi hörmət qomur, onun heç bir sözünə etibar etmir. Bu gün Ermənistan faktiki olaraq dünyada istifadəyə yararsız məhsul təsiri bağışlayır- heç kimə lazım deyil!
Ermənistan baş nazirini qarşılamaq məqsədilə Paşinyanı prezident sarayına gətirmək üçün ayrılan avtomobilin yanına kimi gələn Makronun əlini cibindən çıxartmadığı diqqətdən yayınmadı. Bununla da Fransa lideri Ermənistan baş nazirinə üstdən aşağı baxdığını, onu ciddiyə almadığını göstərdi. Bu, eyni zamanda Fransa hökümətinin indiki proseslər çərçivəsində Ermənistana olan ünasibətini də əks etdirir desək yanılmarıq. Bunun ardına iqamətgaha daxil olan Ermənistan və Fransa liderlərinin görüşü başa çatdıqdan sonra gələk Makronun Paşinyanı yola salma mərasiminə:

protokola uyğun olaraq Paşinyanı qarşıladığı yerə kimi yola salmağa ərindi. O, erməni baş nazirini elə sarayın qapısındanca onu aparacaq vatomobilə ötürdü. Kadrdan da görünür ki, Paşinyan üçün də Makronun bu addımı gözlənilməz olur. Ermənistan dövlət başçısı bu məqamda heçnə olmamış kimi yoluna davam etdiyi məqamda isə Makronun Paşinyanın gedişi fonunda rişxənd gülüşü və gözvurmaq məqamı kameradan qaçmır.

Əslində bu görüşə Ermənistanın Rusiyadan qurtuluşu, xilas kimi baxan Paşinyan, əli aşından da oldu, vəli aşından da. Ermənistan lideri görünür nəyinki Rusiyanın orbitindən qopmaq üçün Parisdən xoş xəbərlə ayrıldı, heç Azərbaycana qarşı üçtərəfli bəyanatları icra etməmək üçün yeni manipulyasiuya cəhdlərinin də uğursuzluqla nəticələnəcəyini gözləmirdi. Belə aydın olur ki, Qərb də artıq Ermənistanın ikili oyunlarından, ikiüzlüyündən bezib.
Əvəzində Rusiya Paşinyanın timsalında Ermənistanın xəyanətkar üzünü bir daha gördü, Azərbaycan üçünsə Qarabağda yeni hərbi əməliyyatlartın davamı üçün əlverişli imkan yarandı. Amma ikili oyun məsələsini təkcə Ermənistana aid etmək ədalətsizlik olardı. Eyni sözlər Qərb üçün də keçərlidir: Azərbaycan da 44 günlük müharibə zamanı bu gün Qərbin böyük dəstək verdiyi Ukrayna kimi ərazi bütövlüyü, suverenliyi üçün savaşırdı. Amma nəyin şahidiyik?! Rəsmi Bakı Qərbdən olmazın təzyiqləri ilə üz-üzə idi, amma Ukraynaya bu gün əks mövqe nümayiş etdirilir. İşğalçı erməni silahlılarını, onların hərbi obyektlərini, və texnikalarını məhz dən Türkiyəyə məxsus "Bayraktar"lar həmin vaxt Qərbin sərt etirazına, narazılığına səbəb idisə, bu gün Rusiya hərbi texnikasını məhv edən Türkiyəyə məxsus həmin "Bayraktar"lar Avropada, dünyada böyük rəğbətlə, bəhhəbəhlə qeyd edilir. Amma eyni situasiya, eyni hadisələr, eyni proses. Dəyişən yalnız Qərbin işinə gəldiyi kimi nümayiş etdirdiyi münasibətdir. (Milli.az)