"AKBARLİ GENERAL SERVICE AND TRADING" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozub.
32gun.az xəbər verir ki, sözügedən şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.
Əldə etdiyimiz məlumata görə, şirkətin dövlət büdcəsinə 9676 manat məbləğində vergi borcu qalıb.
Qurumun nizamnamə kapitalı 1000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil Əkbərov Azər oğludur.
Bildirək ki, riskli vergi ödəyicisi statusu əsasən vergi qanunvericiliyinin pozulması, saxta əməliyyatlar və ya şübhəli maliyyə fəaliyyətləri ilə əlaqədar tətbiq olunur.
Qeyd edək ki, Akbarli GENERAL SERVICE AND TRADING MMC Azərbaycan bazarında xarici istehsalçıların laboratoriya və kimyəvi məhsullarının distribyutoru kimi fəaliyyət göstərir. Şirkət laboratoriya avadanlıqlarının satışı ilə yanaşı, onların texniki servisi və istifadəçilərə təlimlərin təşkili istiqamətində də xidmətlər təqdim edir.
Nilay