SOSIAL ÖZ XƏBƏR

Şahbuz İcra Hakimiyyəti yarım milyonluq texnika alır

Şahbuz Rayon İcra Hakimiyyəti kommunal təyinatlı texnikaların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi məlum olub.

32gun.az xəbər verir ki, "PROLİNK CASPIAN" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 501.400,12 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir.

Satınalma çərçivəsində aşağıdakı texnikaların alınması nəzərdə tutulur:

Ekskavator-yükləyici

Tullantı daşıyan maşın

Qar kürəyən maşın (duzsəpən qurğu ilə)

Tırtıllı mini yükləyici

Qalib şirkətin qanuni təmsilçisi Vüqar Dəmirov Balakişi oğludur.
Şahbuz Rayon İcra Hakimiyyətinə isə Rəfael Babayev rəhbərlik edir.

Ayaz 

Oxşar Xəbərlər